“Nvidia” şirkətinin rəhbəri Jensen Huang bildirib ki, ABŞ-ın ixrac məhdudiyyətləri fonunda şirkət Çin bazarında mövqelərini böyük ölçüdə itirib.
“GDP Media” xəbər verir ki,onun sözlərinə görə, yaranmış boşluğu əsasən Huawei doldurub.Ekspertlər hesab edir ki, bu vəziyyət ABŞ və Çin arasında texnoloji qarşıdurmanın məntiqi nəticəsidir. Qabaqcıl çiplərin Çinə tədarükünə qoyulan məhdudiyyətlər ölkənin yarımkeçirici sənayesinin inkişafını dayandırmaq əvəzinə, daxili istehsalın və idxalın əvəzlənməsi prosesini sürətləndirib.Çin bazarının itirilməsi NVIDIA üçün gəlirlər baxımından ciddi zərbə hesab olunur. Bununla belə, şirkət hazırda ABŞ və digər regionlarda süni intellekt çiplərinə olan yüksək tələbat hesabına itkiləri kompensasiya edə bilir.Analitiklərin fikrincə, əsas məsələ “Huawei”nin istehsal güclərini nə qədər sürətlə genişləndirə və məhsuldarlıq baxımından “Nvidia” ilə fərqi azalda biləcəyidir. Hazırda ABŞ şirkəti texnoloji üstünlüyünü qoruyur, lakin bazardakı dinamika artıq onun xeyrinə hesab edilmir.


