Qurbanlıq heyvan satışına hazırlıq sürətlənir – Bakı və regionlarda qiymətlər açıqlanıb

Bakının Binə və Şüvəlan qəsəbəsi ərazilərində qoyun və quzunun diri çəkisinin bir kiloqramı 11 manat, kəsilmiş halda isə 22 manata təklif olunur.

GDP Media xəbər verir ki,dana ətinin diri çəkisinin 1 kiloqramı 9 manat, kəsilmiş halda isə 18 manatdır.

Regionlarda qiymətlər nisbətən daha münasibdir. Şamaxı, Ağsu, İsmayıllı, Qobustan, Ağdaş, Göyçay və Kürdəmir ərazilərində qoyun və quzunun 1 kiloqram diri çəkisi 10 manata, kəsilmiş şəkildə isə 20 manata satılır.

Dana ətinin diri çəkisi bir kiloqrama görə həmin bölgələrdə 8 manat 50 qəpik, kəsilmiş formada isə 17 manat təşkil edir.

Ekspertlər qeyd edir ki, bayram yaxınlaşdıqca tələbatın artması qiymətlərə müəyyən təsir göstərə bilər. Alıcılara qurbanlıq heyvan seçərkən diqqətli olmaq, heyvanın sağlamlıq vəziyyətini və çəki uyğunluğunu yoxlamaq tövsiyə olunur.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu