Qurbanlıq heyvanlar neçəyədir?

Ölkə üzrə qurbanlıq qoyunların qiymətində artım müşahidə olunur.

“GDP Media” xəbər verir ki, hazırda paytaxt bazarlarında və kəsim məntəqələrində ən ucuz qurbanlıq heyvanın qiyməti 300 manatdan başlayır.

Qurbanlıq qoyunların ötən il 250-280 manat arasında dəyişən minimal qiyməti bu il 300-340 manata yüksəlib.

Diri çəki ilə hesablama aparılarkən qoyunların kiloqramı çəkidən asılı olaraq 9.50-11 manat aralığında təklif edilir.

Bölgələrdə isə qiymətlər paytaxta nisbətən fərqlidir. Buna baxmayaraq, qiymətlər ötən ildən yüksəkdir.

Regionlarda fərdi təsərrüfatlardan birbaşa satış olduğu üçün daha az çəkili və yerli otlaqlarda bəslənmiş erkək quzuları 250-270 manatdan almaq mümkündür.

Qurbanlıq heyvan satışı ilə məşğul olanların sözlərinə görə, bu il tələbat əvvəlki illərlə müqayisədə azalıb.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu