Sabahdan WUF13-lə bağlı müvəqqəti xüsusi hərəkət zolaqları qüvvəyə minir

Ümumdünya Şəhərsalma Forumu – WUF13-ün nəqliyyat təminatı çərçivəsində paytaxtın bir sıra küçə və prospektində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil edilib. Həmin yerlərdə bunu bildirən 5.9 – “ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” xüsusi yol nişanlarının quraşdırılmasına başlanılıb və mayın 15-dən bu yol nişanı ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti – Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.

Qanunvericiliyə əsasən, bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək.

Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və yenidən bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcəklər.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu