SOCAR AQŞ Liviya enerji sektorunun əsas tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti görüş keçirib.
“GDP Media” xəbər verir ki, şirkət Liviyanın Milli Neft Korporasiyası (NOC) və Milli Təmir və Qazma Şirkətinin (NWD) nümayəndələrini qəbul edib.
Görüş zamanı Liviya neft-qaz bazarında uzunmüddətli tərəfdaşlıq perspektivləri, eləcə də neft-mədən xidmətləri sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər əməliyyat mükəmməlliyi, texniki təcrübənin paylaşılması və insan kapitalının inkişafı istiqamətlərində fikir mübadiləsi aparıblar.
Müzakirələr çərçivəsində enerji sektorunda dayanıqlı əməkdaşlığın qurulması, bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, həmçinin qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri ön plana çıxıb.
SOCAR AQŞ və Liviya tərəfi bu görüşün gələcək əməkdaşlıq üçün mühüm platforma olduğunu vurğulayaraq enerji sahəsində əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.


