2025-ci ildə dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahat tədbirləri açıqlanıb

İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

GDP Media” xəbər verir ki, iclasda Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev 2025-ci ilin dövlət büdcəsinin icrası ilə əlaqədar geniş təqdimatla çıxış edib.

Bildirilib ki, ötən il dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili məqsədilə bir sıra islahatlar həyata keçirilib. Bu istiqamətdə 13 altsistemdən ibarət “Rəqəmsal Dövlət Maliyyəsi” İnformasiya Sistemi yaradılaraq Əsasnaməsi təsdiq olunub. Sistem çərçivəsində artıq “e-müqavilə”, “e–rüsum”, “büdcə məlumat idarəetmə”, “elektron büdcə bələdçisi, “dövlət müəssisələrinin rəqəmsal monitorinqi” modulları istifadəyə verilib. 

Sahil Babayev qeyd edib ki, həyata keçirilən islahat tədbirləri çərçivəsində dövlət xəzinədarlığının fəaliyyəti təkmilləşdirilib, bu istiqamətdə dövlət büdcəsinin gəlir və xərclərinə nəzarətin təmin edilməsi, büdcə gəlirlərinin və xərclərinin cari və növbəti dövr üçün proqnozlaşdırılması məqsədilə müvafiq maliyyə hesabatlılıq portalı hazırlanaraq istifadəyə verilib. Eyni zamanda bildirilib ki, hesabat dövründə büdcə xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib, dövlət xəzinədarlığında cari risk əsaslı nəzarət mexanizminin tətbiqinə başlanılıb. Xəzinədarlıq orqanlarının inzibati idarəetmə sistemi təkmilləşdirilib, regional xəzinədarlıq orqanları mərkəzləşdirilib. O cümlədən, hazırda ölkə üzrə bütün ödənişlərin yalnız bir xəzinə orqanı vasitəsilə təmin edildiyi vurğulanıb.

Nazir bildirib ki, hesabat dövründə dövlət müəssisələrinin gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və təhlili Qaydaları, habelə xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar təsdiq edilib, dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizasının təhlili prosesinə başlanılıb.

  • Əlaqədar Yazılar

    280 milyon manatdan çox nizamnamə kapitalı olan “Milla Dairy” məbləği azaldır
    • İyun 12, 2026

    “Milla Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaltdığını elan edir. “GDP Media” xəbər verir ki, məbləğin nə qədər azaldılması açıqlanmır….

    Davamı oxu
    Azərbaycanda provayderlərə bu halda 300 min manatadək maliyyə sanksiyası tətbiq ediləcək
    • İyun 12, 2026

    Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir. “GDP Media” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan…

    Davamı oxu