Fərid Osmanov: “Azərbaycan 2030-cu ilədək İKT ixracını 1 milyard dollara çatdıracaq”

Azərbaycan 2030-cu ilədək İKT ixracının illik dəyərini 1 milyard dollara çatdırmağı hədəfləyir.

GDP Media” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib. 

Onun sözlərinə görə, bu hədəf ölkənin rəqəmsal inkişaf gündəliyində nəzərdə tutulan əsas prioritetlərdən biridir: “2030-cu ilə qədər İKT sektorunun həcmini mövcud səviyyə ilə müqayisədə iki dəfə artırmağı planlaşdırırıq. Eyni zamanda, sektorun ixrac potensialının illik 145 milyon dollardan 1 milyard dollara yüksəldilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir”.

F. Osmanov vurğulayıb ki, Azərbaycanın məqsədi yalnız daxili rəqəmsallaşmanı sürətləndirmək deyil, həm də ölkəni regionun rəqəmsal və texnologiya mərkəzlərindən birinə çevirməkdir: “Bu məqsədə nail olmaq üçün rəqəmsal infrastrukturun inkişafı, innovasiya ekosisteminin gücləndirilməsi, insan kapitalının formalaşdırılması, eləcə də rəqəmsal iqtisadiyyata yönəlmiş qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Müəyyən edilən göstəricilər kifayət qədər ambisiyalı olsa da, həyata keçirilən proqramlar və planlaşdırılan islahatlar bu hədəflərə çatmağa imkan verəcək”.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu