Ağdam Sənaye Parkında yeni şirkət – 5 milyon manatlıq boru istehsalı layihəsi

Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən plastik tullantıların təkrar emalı, qofra və yüksək təzyiqə davamlı polietilen boru istehsalı layihəsi həyata keçiriləcək. 

“GDP Media”xəbər verir ki, “Ceer Plastik” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

İnvestisiya dəyəri 5 milyon manat olan layihə çərçivəsində şirkət tərəfindən Sənaye Parkının ərazisində plastik tullantıların təkrar emalı, qofra və yüksək təzyiqə davamlı polietilen boru istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 172 milyon manatdan çox investisiya qoyulub, 1000-dən artıq iş yeri yaradılıb. Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur. 

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu