“Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir”

Trüfel dünyanın ən qiymətli göbələk növlərindən biridir. Bu göbələk növü kənd təsərrüfatı, ekologiya və turizmi birləşdirən perspektivli istiqamətlərdən hesab olunur. Trüfel fındıq ağaclarının kök sistemi ilə simbioz şəraitində inkişaf edir və məhsuldarlığın artmasına müsbət təsir göstərir.

“GDP Media”xəbər verir ki, bu sözləri açıqlamasında “Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Lalə Həmidova söyləyib.

O bildirib ki, Azərbaycanın torpaq və iqlim şəraiti trüfelin inkişafı üçün əlverişli hesab olunur. Xüsusilə Qarabağ iqtisadi rayonu, eləcə də Şəki, Qəbələ və Oğuz bölgələri bu istiqamətdə böyük potensiala malikdir.Trüfel yalnız kənd təsərrüfatında məhsuldarlığın artırılmasına xidmət etmir, həm də təbii bioloji gübrə funksiyasını yerinə yetirir. Fındıq ağaclarının kök sisteminə peyvənd olunduqdan sonra əlavə azot gübrələrinə ehtiyac azalır. Çünki trüfel ağacla simbioz əlaqədə yaşayaraq həm ondan qidalanır, həm də onun inkişafına müsbət təsir göstərir.”Azərbaycanda ilk dəfə olaraq trüfel sahəsində fəaliyyət göstərən ictimai birlik kimi məqsədimiz bu qiymətli və hələ geniş tanınmayan göbələk növünün təbliği, istehsalının təşviqi və onun potensialının cəmiyyətə çatdırılmasıdır”,- deyə QHT sədri əlavə edib.

  • Əlaqədar Yazılar

    Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • İyun 19, 2026

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirələrində…

    Davamı oxu
    AZAL-ın bu uçuşları ləğv olundu
    • İyun 18, 2026

    Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293…

    Davamı oxu