Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri TRIPP-in icrasını müzakirə edib

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri bugünkü üçtərəfli görüşdə Orta Dəhlizi müzakirə edib. 

GDP Media” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bugünkü görüşdə Zəngəzur Dəhlizinin əhəmiyyəti qeyd edilib, Zəngəzur Dəhlizinin bir hissəsi olan TRIPP layihəsinin icrasına dair fikir mübadiləsi aparılıb. 

“Türkiyə ərazisində icra olunan Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin çəkilişi böyük məmnunluqla qeyd edilib”, – nazir əlavə edib.

  • Əlaqədar Yazılar

    Daşınmaz əmlak alanlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    • İyun 8, 2026

    Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki…

    Davamı oxu
    Azərbaycan Rusiyada aqropark yaradacaq
    • İyun 8, 2026

    Azərbaycan Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda aqropark yaradacaq. “GDP Media” xəbər verir ki,bununla bağlı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu – 2026…

    Davamı oxu