“AzerTelecom” və “Telecom Armenia” internet tranziti üçün müqavilə imzalayıb

“AzerTelecom” Ermənistanın “Telecom Armenia” şirkəti ilə beynəlxalq internet trafikinin tranzit və təchizatına dair ikitərəfli razılaşma bağlayıb.

“GDP Media”xəbər verir ki, saziş regionda marşrutların diversifikasiyasına və şəbəkə etibarlılığının artırılmasına xidmət edir. “AzerTelecom” bu addımla öz infrastrukturu üzərindən Ermənistan istiqamətində trafik tranzitini təmin edəcək və beynəlxalq əhatə dairəsini genişləndirəcək.

Qeyd edək ki, şirkət “Rəqəmsal İpək Yolu” layihəsinin icraçısıdır və “NEQSOL Holding”ə daxil olan “Azerconnect Group”un tərkib hissəsidir.

  • Əlaqədar Yazılar

    “Karabakh Group”a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
    • İyun 22, 2026

    “Karabakh Group” şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. “GDP Media” xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə…

    Davamı oxu
    SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
    • İyun 22, 2026

    Serbiyanın “Elektroprivreda Serbiya” (EPS) şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bu ölkənin Niş şəhərində qaz elektrik stansiyasının (QES)…

    Davamı oxu