Bakı Limanında quru yük daşımaları 77% artıb – 5 ayda 950 min tondan çox yük aşırılıb

2026-cı ilin ilk 5 ayı ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aşırılan quru yükün həcmi 950 203 ton təşkil edib.

GDP Media” xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 77 faizlik artım deməkdir.

Liman rəhbərliyindən verilən məlumata görə, aşırılan yüklərin əsas hissəsini Türkmənistandan gətirilərək Azərbaycan üzərindən tranzit daşınan kükürd və karbamid təşkil edir. Həmçinin Qazaxıstandan ixrac olunan mis, sink və digər əlvan metal məhsullarının daşınmasında Bakı Limanının rolu əhəmiyyətli dərəcədə artıb.

Mövcud tendensiya və bazar iştirakçılarının yükdaşıma planları nəzərə alınaraq, növbəti aylarda da quru yük seqmentində artım dinamikasının davam edəcəyi proqnozlaşdırılır. Liman rəsmiləri artımı regional nəqliyyat dəhlizlərinin rolunun güclənməsi və Azərbaycanın tranzit potensialından səmərəli istifadə ilə əlaqələndirirlər.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu