Vüqar Gülməmmədov:”Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib”

2025-ci ildə Azərbaycanda vergi borcları 4,4 % və yaxud 139,5 milyon manat artıb.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında – “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin müzakirəsi zamanı bildirib.Onun sözlərinə görə, ötən ilin sonuna sözügedən göstərici 3 milyard 308,8 milyon manat təşkil edib.

Bundan başqa, sədr deyib ki, bu il ilk dəfə qurum dövlət auditində rəqəmsal həllərin tətbiqi ilə vasitəsilə qanunvericilikdə müəyyən edilmiş hesabatların toplanmasına və müvafiq meyarlar əsasında qiymətləndirilməsinə çalışıb:

“2025-ci ilin dövlət büdcəsinin icrasına dair Rəyin tərtib edilməsi zamanı 200-dən yuxarı təşkilatdan 1700-dən çox hesabat alınıb. Bu daha çox ola bilərdi. Lakin burda say önəmli deyil. Önəmli olan bəzi dövlət təşkilatlarında hesabatlılıq işinin yetərli səviyyədə olmamasıdır. Bunu əsasən rəqəmsal alətlərin natamam tətbiqi və peşəkar kadr potensialının qıtlığı kimi amillərlə bağlamaq olar. Hesabatları vaxtında təqdim edənlərin payı 40 % ətrafındadır. Nəzərə almaq lazımdır ki, hesabatı vaxtında təqdim edən təşkilatların hesabatlarında da natamamlıq və xətalara rast gəlinir. Bu hesabatların sayı da əhəmiyyətlidir. Hesabatların hazırlanmasına formal yanaşma onların analitik dəyərini də azaldır”.

  • Əlaqədar Yazılar

    280 milyon manatdan çox nizamnamə kapitalı olan “Milla Dairy” məbləği azaldır
    • İyun 12, 2026

    “Milla Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaltdığını elan edir. “GDP Media” xəbər verir ki, məbləğin nə qədər azaldılması açıqlanmır….

    Davamı oxu
    Azərbaycanda provayderlərə bu halda 300 min manatadək maliyyə sanksiyası tətbiq ediləcək
    • İyun 12, 2026

    Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir. “GDP Media” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan…

    Davamı oxu