“BakuBus” Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib

2025-ci ildə “BakuBus” MMC-yə dövlət büdcəsindən ümumilikdə 100 milyon manat vəsait ayrılıb.

GDP Media” xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Qanun layihəsinə əsasən, hesabat ilində Cəmiyyətə Bakıda sərnişindaşıma sahəsində yaranmış zərərin qarşılanması üçün 50,7 milyon manat, 4 şəhərdə (Xankəndi, Cəbrayıl, Ağdam və Laçın) elektrik doldurma stansiyaları ilə təchiz edilmiş qarajların və 3 şəhərdə (Şuşa, Cəbrayıl və Laçın) avtostansiyaların tikintisi, habelə şəhərdaxili və şəhərlərarası daşımaların icra edilməsi məqsədilə müvafiq olaraq, elektrik və yüksək ekoloji standartlara cavab verən dizel yanacaqlı avtobusların alınması üçün 49,3 milyon manat ayrılıb.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu