BƏƏ-də 15 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən yeni qaydalar tətbiq edib.

GDP Media” xəbər verir ki, yeni tələblərə əsasən, 15 yaşadək yeniyetmələrin sosial media platformalarında şəxsi hesab yaratması, həmin hesablardan istifadə etməsi və ya onları idarə etməsi qadağandır. Məhdudiyyətlər sosial şəbəkələrin bütün əsas funksiyalarını, o cümlədən paylaşım etmək, şərh yazmaq, məlumat mübadiləsi aparmaq, ictimai qruplara və açıq kanallara qoşulmaq imkanlarını əhatə edir.

BƏƏ rəsmiləri bildiriblər ki, qərarın əsas məqsədi uşaqların rəqəmsal mühitdə daha etibarlı şəkildə qorunmasını təmin etmək, onların təhlükəsizliyini gücləndirmək və sürətlə dəyişən texnologiya mühitinə uyğun müasir tənzimləmə mexanizmləri yaratmaqdır.

Qeyd olunub ki, bu addım BƏƏ-nin uşaqların onlayn təhlükəsizliyi sahəsində qabaqcıl model formalaşdırmaq, rəqəmsal təhlükəsizlik sistemini təkmilləşdirmək və texnologiyalardan istifadədə yaranan yeni çağırışlara operativ reaksiya vermək strategiyasının tərkib hissəsidir.

  • Əlaqədar Yazılar

    OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
    • İyun 18, 2026

    “GDP Media” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “Dünya Neft Mənzərəsi” (WOO) 2026 hesabatından topladığı məlumatlara görə, əhali artımı və…

    Davamı oxu
    Tramp: “ABŞ heç vaxt olmadığı qədər güclü və təhlükəsizdir”
    • İyun 18, 2026

    ABŞ Prezidenti Donald Trump ölkənin iqtisadi və siyasi vəziyyəti ilə bağlı optimist açıqlama verib. O, ABŞ-ın hazırda güclü inkişaf mərhələsində olduğunu bildirib….

    Davamı oxu