Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək – Azərbaycanda bir ilk

Azərbaycanda ilk dəfə damazlıq yumurta istehsalına görə məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur.

Bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə həsr olunan dinləmədə bildirib.

“Bu addım damazlıq işinin təşviqi və yerli istehsalın inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədi daşıyır”, – deyə o qeyd edib.

  • Əlaqədar Yazılar

    Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • İyun 19, 2026

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirələrində…

    Davamı oxu
    AZAL-ın bu uçuşları ləğv olundu
    • İyun 18, 2026

    Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293…

    Davamı oxu