Enerji İnformasiya Administrasiyası Azərbaycanda neft hasilatı proqnozunu artırıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu artırıb.

“GDP Media” xəbər verir ki,bu barədə EIA-nın “Qısamüddətli enerji perspektivi” adlı hesabatının iyun ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

Yenilənmiş məlumatlara əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək. Ötən ay da bu rəqəm üzrə proqnoz 540 min barel olub.

Bu ilin ikinci rübündə sutkada neft hasilatı 550 min barel olacaq ki, ötən ay verilən proqnoz 540 min barel olub.

Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 540 min barel olacağı gözlənilir ki, mayda həmin rüblər üçün verilən proqnoz da 530 min barel təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərdə neft hasilatı sutkada 570 min barel, üçüncü və dördüncü rüblərdə 560 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 570 min barel səviyyəsində olub.

  • Əlaqədar Yazılar

    Mikayıl Cabbarov: “Qeyri-neft ixracı iqtisadi siyasət və dəstək alətləri hesabına artıb”
    • İyun 10, 2026

    GDP Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC və İTV-yə müsahibəsində ölkənin qeyri-neft məhsullarının ixracında əhəmiyyətli artım əldə etdiyini bildirib….

    Davamı oxu
    Mikayıl Cabbarov: “Sahibkarların dövriyyə vəsaitinə ehtiyacını azaltmaq üçün ƏDV hesabları aləti nəzərdən keçirilir”
    • İyun 10, 2026

    “Hazırda müzakirə olunan mexanizmlərdən biri vergi ödəyicilərinin əlavə dəyər vergisi (ƏDV) hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişlərin həyata keçirilməsi üçün…

    Davamı oxu