Hesablama Palatası bu dövlət qurumunda ciddi pozuntular aşkarladı

Azərbaycan Hesablama Palatası tərəfindən Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan qurumlarda dövlət vəsaitlərinin istifadə və idarə edilməsinə dair aparılmış auditin nəticələri müzakirə olunub.

“GDP Media”xəbər verir ki, məsələyə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərliyi ilə keçirilən Kollegiya iclasında baxılıb.

İclasda auditor Hafiz İsmayılbəyli tərəfindən təqdim edilən “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Publik Hüquqi Şəxs və tabeli qurumları tərəfindən dövlət vəsaitlərinin istifadə və idarə edilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, audit zamanı dövlət vəsaitlərinin istifadə və idarə edilməsi sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunduğu nəzərə alınaraq, müvafiq materialların prokurorluq orqanına göndərilməsi qərara alınıb.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu