Hesablama Palatasının:”Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir”

Aparılan təhlillər bir sıra hallarda subsidiyalardan ayrılan vəsaitin bir hissəsinin istifadə edilməyərək qalıqda qaldığını, eləcə də bəzi sahələrə illərdir subsidiya ayrılması fonunda fəaliyyətin nəticəliliyinin aşağı olduğunu göstərib.

GDP Media xəbər verir ki,Bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, 2025-ci ildə inzibati təsnifat üzrə 47 istiqamətdə subsidiya proqnozlaşdırılıb, 46 istiqamətdə icra edilib. Belə ki, “Bir sıra dövlət müəssisələrində islahatların aparılması ilə bağlı texniki iqtisadi əsaslandırmanın hazırlanması” istiqaməti üzrə proqnozlaşdırılmış vəsait icra edilməyib, digər istiqamətlər üzrə icra səviyyəsi isə dürüstləşmiş təyinatla müqayisədə 16,2-100% arasında dəyişib. 19 istiqamət üzrə icra səviyyəsi 100 %, 15 istiqamət üzrə 90 %-dən yüksək, 12 istiqamət üzrə isə 90 %-dən aşağı olub.

  • Əlaqədar Yazılar

    Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • İyun 19, 2026

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirələrində…

    Davamı oxu
    AZAL-ın bu uçuşları ləğv olundu
    • İyun 18, 2026

    Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293…

    Davamı oxu