İrana qarşı müharibədən sonra OPEC+ üçün yeni böhran mərhələsi başlaya bilər

İrana qarşı müharibədən sonra OPEC+ üçün yeni böhran mərhələsi başlaya bilər

“GDP Media” xəbər verir ki, İrana qarşı hərbi əməliyyatlar fonunda OPEC+ daxilində mövcud olan ziddiyyətlər hələlik arxa planda qalsa da, müharibənin başa çatması ilə təşkilatda ciddi fikir ayrılıqları yenidən gündəmə gələ bilər.

Analitik qiymətləndirmələrə görə, Hörmüz boğazında gəmiçiliyin bərpası və bazarın normallaşması mövcud hasilat kvotalarının saxlanılmasının nə dərəcədə məqsədəuyğun olması məsələsini aktuallaşdıracaq.

Xüsusilə əlavə hasilat gücünə malik olan Səudiyyə Ərəbistanı və İraqın son aylarda ixrac həcmlərinin azalması səbəbindən hasilatın artırılmasını tələb edə biləcəyi bildirilir.Məlumata əsasən, İran məsələsi də OPEC+ üçün əsas risk faktorlarından biri hesab olunur. Müharibədən sonra Tehranın dəymiş zərərlərin kompensasiyası kimi hasilatı maksimum səviyyəyə çatdırmaq hüququ tələb edə biləcəyi qeyd edilir.

Digər ehtimallardan biri isə İranın təşkilatdan uzaqlaşması və ya OPEC+ formatında iştirakını yenidən nəzərdən keçirməsidir.Ekspertlər hesab edir ki, Venesuelanın da yaxın dövrdə müəyyən edilmiş kvota limitinə çatması, Qazaxıstanın isə zaman-zaman hasilat məhdudiyyətlərini aşması OPEC+ daxilində koordinasiyanı daha da çətinləşdirir.

Qiymətləndirmələrə görə, hazırkı qarşılıqlı hasilat məhdudiyyətləri modeli effektivliyini itirmək üzrədir və yaxın illərdə qlobal neft bazarında yeni balans formalaşa bilər. Bu dəyişikliklərin isə dünya enerji bazarında daha yüksək volatillik və qeyri-müəyyənlik yaradacağı proqnozlaşdırılır.

  • Əlaqədar Yazılar

    Azərbaycan Mərkəzi Bankı 24 iyunda faiz qərarı verəcək: Gözləntilər necədir?
    • İyun 23, 2026

    24 iyun 2026-cı il tarixində Mərkəzi Bankın uçot dərəcəsi qərarı: stabillik gözləntiləriAzərbaycan Mərkəzi Bankı iyunun 24-də uçot dərəcəsi və faiz…

    Davamı oxu
    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon:”Biz buğa bazarındayıq, bu kiçik sunami kimidir”
    • İyun 22, 2026

    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon hazırkı bazar vəziyyətini “buğa bazarı” kimi qiymətləndirərək onu “kiçik sunami”yə bənzədib. “GDP Media” xəbər…

    Davamı oxu