Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “TikTok” platformasının nümayəndələri ilə görüşüb.

Görüşdə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları, o cümlədən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində “TikTok”un potensial iştirakı müzakirə olunub.

ərəflər rəqəmsal savadlılığın artırılması, təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi, yerli rəqəmsal startapların təşviqi, eləcə də uşaqların sosial media platformalarına çıxışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması və innovasiya ekosisteminin dəstəklənməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

  • Əlaqədar Yazılar

    Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb
    • İyun 10, 2026

    Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. “GDP Media”xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında…

    Davamı oxu
    Mikayıl Cabbarov: “Gələcək iqtisadi model yalnız daxili bazara deyil, ixraca əsaslanmalıdır”
    • İyun 10, 2026

    “Azərbaycan iqtisadiyyatının gələcək inkişaf modeli möhkəm maliyyə dayanıqlığına, şaxələndirilmiş sektorlara və yeni iş yerlərinin yaradılması potensialına əsaslanmalıdır”. “GDP Media” xəbər…

    Davamı oxu