Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “TikTok” platformasının nümayəndələri ilə görüşüb.

Görüşdə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları, o cümlədən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində “TikTok”un potensial iştirakı müzakirə olunub.

ərəflər rəqəmsal savadlılığın artırılması, təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi, yerli rəqəmsal startapların təşviqi, eləcə də uşaqların sosial media platformalarına çıxışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması və innovasiya ekosisteminin dəstəklənməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu