Statistika sahəsində yeni proqram: Qurumlararası əməkdaşlıq və inzibati məlumatlardan istifadə genişləndiriləcək

Dövlət Statistika Komitəsində yeni Dövlət Proqramının icrası ilə bağlı İşçi qrupun ilk iclası keçirilib.

“GDP Media” xəbər verir ki, iclasda Prezident İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası müzakirə olunub.

Komitənin sədri Azər Mursaqulov qeyd edib ki, dəqiq, etibarlı və obyektiv rəsmi statistika doğru qərarların verilməsinin təməlidir. O, inzibati məlumatlardan daha geniş istifadə edilməsinin vacibliyini vurğulayıb.

Sədrin müavini Yusif Yusifov isə proqramda nəzərdə tutulmuş tədbirlər, monitorinq və nəticə indikatorları barədə təqdimat edib.İclasda qurumlararası əməkdaşlıq, məlumat mübadiləsinin təkmilləşdirilməsi və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

  • Əlaqədar Yazılar

    Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • İyun 19, 2026

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirələrində…

    Davamı oxu
    AZAL-ın bu uçuşları ləğv olundu
    • İyun 18, 2026

    Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293…

    Davamı oxu