Şuşaya gedən ödənişli yol üçün məbləğlər müəyyənləşdi – Cədvəl

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiqlənib.

“GDP Media” xəbər verir ki, bununla bağlı Tarif Şurasının sədri Mikayıl Cabbarov Qərar imzalayıb.

Qeyd edilib ki, yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli avtomobil yolu kimi müəyyən edilmiş 81,3 kilometrlik hissəsi ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiqlənib (əlavə olunur).

Bu Qərar Azərbaycan qanunları, Prezidentin və Nazirlər Kabinetinin aktları ilə ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azad edilən nəqliyyat vasitələrinə şamil olunmur.

Qərar 2026-cı il 2 iyun tarixindən qüvvəyə minir.

   

  • Əlaqədar Yazılar

    Bakıda enerji, tranzit və logistika sahələri üzrə beynəlxalq sərgilər keçirilir
    • İyun 1, 2026

    Bakıda enerji, nəqliyyat və logistika sahələrinin ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan “Baku Energy Week” öz işinə başlayıb. “GDP Media” xəbər verir ki, tədbir enerji sektorunun aparıcı şirkətlərini, dövlət qurumlarını və beynəlxalq ekspertləri bir araya gətirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində iştirak edərək tədbir iştirakçıları qarşısında çıxış edib. Tədbir çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” və 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” təşkil olunur. Bu il sərgidə dünyanın 45 ölkəsindən 275 şirkət iştirak edir. Eyni zamanda, 1-3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində “TransLogistica Caspian” 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçirilir. Sərgilərdə enerji, nəqliyyat, tranzit və logistika sahələrində tətbiq olunan ən son texnologiyalar, innovativ həllər və müasir yanaşmalar nümayiş etdirilir. Təşkilatçılar iştirakçıları və ziyarətçiləri Bakı Enerji Həftəsi və “TransLogistica Caspian” sərgilərini ziyarət etməyə dəvət edirlər.

    davamı
    Sahil Babayev: “Neft Fondundan transfertlər 300 milyon manat azalıb”
    • May 26, 2026

    Azərbaycanın maliyyə naziri Sahil Babayev bildirib ki, cari ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 13,6 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 100 milyon manat çoxdur. “GDP Media”xəbər verir ki, AZƏRTAC və AzTV-yə eksklüziv müsahibəsində nazir qeyd edib ki, həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoz göstəricilərinin üstələnməsi müşahidə olunub. Sahil Babayev vurğulayıb ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması istiqamətində mühüm nəticələr əldə edilib. Onun sözlərinə görə, cari ilin ilk dörd ayında Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 300 milyon manat azalıb. Nazir bildirib ki, Neft Fondundan transfertlərin azaldılması hökumətin əsas fiskal prioritetlərindən biridir və bu istiqamətdə əldə olunan nəticələr müsbət tendensiyanın göstəricisidir. O əlavə edib ki, icmal büdcənin gəlirləri təxminən 16 milyard manat, xərcləri isə 12 milyard manat təşkil edib. İcmal büdcədə yaranan profisitin əsas hissəsi Dövlət Neft Fondunun gəlirlərindən formalaşıb. Sahil Babayev qeyd edib ki, büdcə göstəricilərinin uğurlu icrası Azərbaycanın makrofiskal sabitliyini və maliyyə dayanıqlılığını bir daha təsdiqləyir.

    davamı