Tramp: “Ötən gecə İrana 250 milyon dollarlıq bomba atdıq”

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini və Tehranın Vaşinqtonla razılaşma əldə etməkdə maraqlı olduğunu bildirib.

GDP Media xəbər verir ki, Donald Trump bu barədə Fox News televiziya kanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, İran tərəfi ABŞ ilə razılaşma əldə etmək üçün danışıqları davam etdirir.

“Onlar bizimlə saziş bağlamaq üçün danışıqlar aparırlar. Bu razılaşmanın əldə olunmasında çox maraqlıdırlar”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, İran ərazisinə son zərbələr zamanı istifadə olunan sursatların ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edib.

“Ötən gecə onların üzərinə ümumi dəyəri 250 milyon dollar olan bombalar atdıq”, – deyə Tramp vurğulayıb.

Trampın açıqlamaları ABŞ və İran arasında gərginliyin davam etdiyi, eyni zamanda tərəflər arasında diplomatik təmasların da sürdüyü bir vaxta təsadüf edir.

  • Əlaqədar Yazılar

    Azərbaycan Mərkəzi Bankı 24 iyunda faiz qərarı verəcək: Gözləntilər necədir?
    • İyun 23, 2026

    24 iyun 2026-cı il tarixində Mərkəzi Bankın uçot dərəcəsi qərarı: stabillik gözləntiləriAzərbaycan Mərkəzi Bankı iyunun 24-də uçot dərəcəsi və faiz…

    Davamı oxu
    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon:”Biz buğa bazarındayıq, bu kiçik sunami kimidir”
    • İyun 22, 2026

    JPMorgan Chase-in baş direktoru Ceymi Daimon hazırkı bazar vəziyyətini “buğa bazarı” kimi qiymətləndirərək onu “kiçik sunami”yə bənzədib. “GDP Media” xəbər…

    Davamı oxu