Çin Rusiyadan LNG və neft idxalını 16% artırıb

Çinin Gömrük İdarəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Çin Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını 16% artıraraq 2,02 milyon tona çatdırıb.

“GDP Media” xəbər verir ki, eyni dövrdə Rusiyadan neft idxalı da 26% artaraq 40,83 milyon ton təşkil edib.

Bundan əlavə, Çinin Rusiyadan boru kəməri vasitəsilə qaz idxalı 1,8% artaraq 703,9 milyon dollara yüksəlib. Çin gömrüyü son illərdə fiziki qaz idxalı həcmlərini açıqlamır.

  • Əlaqədar Yazılar

    Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişi yaxın həftələrdə imzalanacaq
    • May 26, 2026

    Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişi yaxın həftələrdə imzalanacaq. “GDP Media” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib. Nazirin sözlərinə görə, sənədin mətni siyasi səviyyədə tam razılaşdırılıb. Hazırda isə hər iki ölkədə yekun texniki prosedurların tamamlanması prosesi davam edir. Bildirilib ki, hazırlıq çərçivəsində əlavə bir sıra sənədlərin, o cümlədən TRIPP şirkətinin nizamnaməsinin də imzalanması tələb olunur. A. Mirzoyan qeyd edib ki, layihəyə müxtəlif ölkələr və şirkətlər maraq göstərir.

    davamı
    Ferrari ilk tam elektrikli avtomobilini təqdim edib
    • May 26, 2026

    Ferrari ilk tam elektrikli avtomobilini təqdim edib.Beşyerlik Luce avtomobili Ferrari üçün qeyri-adi sayılan futuristik dizayna malikdir. “GDP Media” xəbər verir ki, modelin dizaynı Apple Inc.-in keçmiş baş dizayneri Coni Ayv tərəfindən hazırlanıb. Avtomobilin maksimal sürəti saatda 310 km təşkil edir, 0-dan 100 km/saata isə cəmi 2,5 saniyəyə sürətlənir. Ferrari-nin strategiyasına əsasən, 2030-cu ilədək satılan modellərin 20%-i tam elektrikli olacaq. The Wall Street Journal yazır ki, Ferrari üçün zəif nöqtələrdən biri elektromobillərin təkrar satışı ola bilər. Belə ki, elektrik mühərrikli avtomobillər zaman keçdikcə dəyərini benzin mühərrikli maşınlarla müqayisədə daha çox itirir. İtaliya şirkəti üçün ikinci əl bazarı mühüm əhəmiyyət daşıyır, çünki Ferrari bildirir ki, istehsal etdiyi avtomobillərin təxminən 90%-i hələ də istismardadır.

    davamı