Qatlana bilən iPhone-un ilk görüntüləri yayıldı-VİDEO

Qatlana bilən iPhone-un ilk görüntüləri yayıldı.

“GDP Media” xəbər verir ki, qatlana bilən iPhone modeli ilə bağlı ilk görüntülərin zavoddan sızdırıldığı iddia olunur.

Məlumata görə, yeni cihaz üç ekranlı dizaynı ilə diqqət çəkir və istifadəçilərə daha böyük ekran təcrübəsi təqdim etməyi hədəfləyir.Bildirilir ki, yeni smartfonun rəsmi təqdimatının sentyabr ayında keçirilməsi gözlənilir.

Qatlana bilən modelin həm ölçü, həm də funksionallıq baxımından Apple məhsulları arasında yeni mərhələ açacağı ehtimal olunur.

Texnologiya həvəskarları isə xüsusilə üç ekranlı quruluşun gündəlik istifadədə nə dərəcədə praktik olacağını maraqla müzakirə edirlər. Yeni modelin mobil cihaz bazarında rəqabəti daha da gücləndirəcəyi qeyd olunur.

  • Əlaqədar Yazılar

    SOCAR “Uzbekneftegaz” şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
    • İyun 1, 2026

    İyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistanın “Uzbekneftegaz” şirkətinin İdarə Heyətinin sədri Abduqani Sanginov ilə görüşüb. “GDP Medxəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən müəyyənləşdirilən siyasətə uyğun olaraq, iki ölkə arasında enerji sektorunda əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Bu xüsusda, SOCAR-la “Uzbekneftegaz” arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar qeyd olunub.Söhbət zamanı Bakı Enerji Həftəsinin regionda enerji məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi əhəmiyyəti vurğulanıb. Eləcə də cari ilin ötən ayında “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilən görüşlərin, həmçinin bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasının önəmi diqqətə çatdırılıb, layihə çərçivəsində görüləcək işlər və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    davamı
    SoftBank kapitallaşmaya görə Toyota Motor Corporation-ı geridə qoydu
    • İyun 1, 2026

    SoftBank Group kapitallaşma həcminə görə Toyota Motor Corporation şirkətini geridə qoyaraq Yaponiyanın ən böyük şirkətinə çevrilib. “GDP Media” xəbər verir ki, investisiya və texnologiya sahəsində fəaliyyət göstərən SoftBank-ın səhmləri bazar ertəsi keçirilən hərracların yekununda 14% bahalaşaraq tarixi maksimum səviyyəyə yüksəlib. Eyni zamanda, Toyota-nın səhmləri 4,5% dəyər itirib. Nəticədə SoftBank-ın bazar dəyəri 47,2 trilyon yenə (296 milyard dollar) çatıb. Toyota-nın kapitallaşması isə 45,7 trilyon yenə qədər geriləyib. Qeyd edək ki, Toyota son 20 ildən artıq müddətdə Yaponiyanın bazar dəyərinə görə ən böyük şirkəti statusunu qoruyurdu. Lakin süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə marağın artması SoftBank səhmlərinə tələbi əhəmiyyətli dərəcədə artırıb. Şirkətin OpenAI-a, o cümlədən ChatGPT platformasının yaradıcısına iri investor olması da səhmlərin bahalaşmasına təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir. Məlumata görə, SoftBank səhmlərinin qiyməti cari ilin əvvəlindən etibarən demək olar ki, iki dəfə artıb.

    davamı