Ermənistan Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər

“Ermənistanın Bakı-Tbilisi-Qars (BTQ) layihəsinə qoşulması mümkündür”.

“GDP Media”xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılış mərasimi keçirilib. BTQ Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi strateji nəqliyyat layihəsidir. Son illərdə xəttin Gürcüstan hissəsində genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində marşrutun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

  • Əlaqədar Yazılar

    Avropa Bankı: Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
    • İyun 3, 2026

    Azərbaycan iqtisadiyyatının artımı 2026-cı ildə 2%-ə yüksələcək. “GDP Media”xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın iqtisadi artımı…

    Davamı oxu
    Azərbaycanda vahid büdcə təsnifatı yenilənib
    • İyun 3, 2026

    Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edilməsi haqqında 7 noyabr 2025-ci…

    Davamı oxu