İvanka Tramp və Kuşnerin Albaniya adasına 1,5 milyard dollarlıq investisiyası “Epşteyn adası” ilə müqayisə olunur
“GDP Media” xəbər verir ki, Albaniyanın Sazan adasına İvanka Tramp və Cared Kuşner tərəfindən qoyulacaq 1,5 milyard dollarlıq investisiya qalmaqallı müqayisələrə səbəb olub. Yerli media və sosial şəbəkələrdə ada Ceffri Epşteynin məşhur adası ilə müqayisə edilir.
Soyuq müharibə dövründən qalma hərbi obyektləri olan və 2015-ci ildə turizmə açılan Sazan adasının bir hissəsinə artıq giriş məhdudlaşdırılıb. Layihədə maliyyəçi Nataniyel Rotşildin iştirakı və əqdin şəffaf olmaması tənqidlərə yol açıb.
Albaniya hökuməti hələlik rəsmi şərh verməyib.


