Bakının yaxınlığında yeni hava limanı tikilir

Ələt Azad İqtisadi Zonasının ərazisində inşa olunan yük hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır.

GDP Media” xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən “Texnovasiya – dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya” tədbirində deyib.

Onun sözlərinə görə, yük hava limanının tikintisinə 2024-cü ilin martında başlanılıb və bu, Azərbaycanın azad iqtisadi zona ərazisində yerləşən ilk hava limanı olacaq.

Valeh Ələsgərov bildirib ki, hava limanı yüksək texnologiyalı şirkətlərin cəlb edilməsinə və zonanın logistika imkanlarının genişlənməsinə xidmət edəcək.

O əlavə edib ki, investorları cəlb etmək üçün təkcə vergi və gömrük güzəştləri deyil, həm də hazır infrastruktur, sürətli xidmətlər və əlverişli logistika imkanları vacibdir.

  • Əlaqədar Yazılar

    280 milyon manatdan çox nizamnamə kapitalı olan “Milla Dairy” məbləği azaldır
    • İyun 12, 2026

    “Milla Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaltdığını elan edir. “GDP Media” xəbər verir ki, məbləğin nə qədər azaldılması açıqlanmır….

    Davamı oxu
    Azərbaycanda provayderlərə bu halda 300 min manatadək maliyyə sanksiyası tətbiq ediləcək
    • İyun 12, 2026

    Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir. “GDP Media” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan…

    Davamı oxu