“Azexport” növbəti dəfə sərbəst satış sertifikatlarını təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı yerli məhsulların xarici bazarlara maneəsiz çıxışını təmin etmək məqsədilə növbəti sərbəst satış sertifikatlarını təqdim edib.

GDP Media” bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, sertifikatlar Azərbaycanda istehsal olunan və artıq Bolqarıstan bazarında sabit müştəri qazanmış spirtli içkilərin bu ölkəyə ixracının fasiləsiz davam etdirilməsi üçün nəzərdə tutulub. Məhsulların eyni tərəfdaşlar tərəfindən yenidən sifariş edilməsi və sertifikatların yenilənməsi Azərbaycan məhsullarının keyfiyyətinə olan beynəlxalq inamın və Avropa bazarında davamlı tələbatın əsas göstəricilərindən biridir.

Sərbəst satış sertifikatı ölkə Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Ümumilikdə 2018-ci ilin aprel ayından hazırkı dövrə kimi 771 addda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz ölkələrinə ixracını əhəmiyyətli dərəcədə asanlaşdırır.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu