Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur

Azərbaycan Aqrar Subsidiya Şurasının 2026-cı il üçün qərarı ilə Naxçıvan Muxtar Respublikası üzrə əkin, məhsul və toxum subsidiyalarına diferensial yanaşma tətbiq edilib, bir sıra subsidiya məbləğləri əhəmiyyətli dərəcədə artırılıb.

Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, müəyyən olunmuş texniki və aqrotexniki tələblərə cavab verən və 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək Naxçıvanda salınan bir sıra meyvə bağları üçün ölkədə tətbiq olunan ən yüksək birdəfəlik əkin subsidiyaları sırasında məbləğlər müəyyən edilib: Mühüm yeniliklərdən biri Naxçıvanda intensiv və superintensiv meyvə bağları üçün də subsidiya ödənişlərinin nəzərdə tutulmasıdır. Məsələn, göstərilən dövrdə salınmış intensiv armud bağları üzrə hər hektara 20 000 manat, intensiv alma bağları üzrə isə hər hektara 21 000 manat birdəfəlik əkin subsidiyası müəyyən edilib”.

Nazir qeyd edib ki, superintensiv bağlar üçün subsidiya məbləği daha yüksəkdir: “Məsələn, superintensiv alma bağları üzrə hər hektara 32 200 manat subsdiya nəzədə tutulub ki, bu da bütün kateqoriyalar arasında ən yüksək subsidiya məbləğidir”.

  • Əlaqədar Yazılar

    Aniinhisar qurumu “Bazarstore” barəsində yenidən protokol tərtib edib
    • İyun 22, 2026

    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Bazarstore” MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunub. “GDP Media”xəbər verir…

    Davamı oxu
    “Karabakh Group”a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
    • İyun 22, 2026

    “Karabakh Group” şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. “GDP Media” xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə…

    Davamı oxu