Auditorlar Palatasında struktur dəyişikliyi olub, bir neçə şöbə ləğv edilib

Auditorlar Palatasında struktur dəyişikliyi aparılıb və yeni idarə yaradılıb.

Bununla bağlı Palatanın sədri Vahid Novruzov əmr imzalayıb.

Əmrə əsasən, Palatanın strukturunda birbaşa sədrə tabe olan “Xüsusi Auditlər, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, Daxili Nəzarət və Forenzik Təhlillər İdarəsi” yaradılıb.

Yeni idarənin auditor xidməti göstərən subyektlər üzrə komplayns, hüquqi ekspertiza, xüsusi audit, forenzik təhlil, etik nəzarət, risk monitorinqi, peşə nəzarəti və daxili nəzarət üzrə yoxlama funksiyalarını həyata keçirəcəyi bildirilir.

İdarənin fəaliyyətində xüsusi auditlər, terrorçuluğun maliyyələşdirilməsinə və çirkli pulların yuyulmasına qarşı mübarizə, hədəfli maliyyə sanksiyalarına uyğunluq, peşə etikası və hüquqi ekspertiza vahid funksional sistem kimi tətbiq olunacaq.

Yeni idarənin tərkibində aşağıdakı şöbələr fəaliyyət göstərəcək:

– Xüsusi Auditlər və Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsi;

– Daxili Nəzarət və Komplayns şöbəsi;

– Peşə Etikasının Hüquqi Təminatı və Monitorinqi şöbəsi;

– Hüquqi Ekspertiza, Forenzik Təhlil və Metodoloji Təminat şöbəsi.

Eyni zamanda Palatanın strukturunda mövcud olan “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə İdarəsi”, eləcə də bir sıra şöbələr ləğv edilib və onların funksiyaları yeni yaradılmış idarəyə inteqrasiya olunub.

  • Əlaqədar Yazılar

    SoftBank kapitallaşmaya görə Toyota Motor Corporation-ı geridə qoydu
    • İyun 1, 2026

    SoftBank Group kapitallaşma həcminə görə Toyota Motor Corporation şirkətini geridə qoyaraq Yaponiyanın ən böyük şirkətinə çevrilib. “GDP Media” xəbər verir ki, investisiya və texnologiya sahəsində fəaliyyət göstərən SoftBank-ın səhmləri bazar ertəsi keçirilən hərracların yekununda 14% bahalaşaraq tarixi maksimum səviyyəyə yüksəlib. Eyni zamanda, Toyota-nın səhmləri 4,5% dəyər itirib. Nəticədə SoftBank-ın bazar dəyəri 47,2 trilyon yenə (296 milyard dollar) çatıb. Toyota-nın kapitallaşması isə 45,7 trilyon yenə qədər geriləyib. Qeyd edək ki, Toyota son 20 ildən artıq müddətdə Yaponiyanın bazar dəyərinə görə ən böyük şirkəti statusunu qoruyurdu. Lakin süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə marağın artması SoftBank səhmlərinə tələbi əhəmiyyətli dərəcədə artırıb. Şirkətin OpenAI-a, o cümlədən ChatGPT platformasının yaradıcısına iri investor olması da səhmlərin bahalaşmasına təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir. Məlumata görə, SoftBank səhmlərinin qiyməti cari ilin əvvəlindən etibarən demək olar ki, iki dəfə artıb.

    davamı
    Ukrayna Azərbaycana Avropanın ən böyük yeraltı qaz anbarlarından istifadə etməyi təklif edib
    • İyun 1, 2026

    Ukrayna Azərbaycana Avropanın ən böyük yeraltı qaz anbarlarından istifadə etməyi təklif edib. “GDP Media” xəbər verir ki, bunu Ukraynanın energetika naziri Denys Shmyhal 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan Ukrayna ilə birgə layihələr vasitəsilə etibarlı enerji resursları tədarükçüsü kimi mövqeyini daha da gücləndirə bilər. “Ukrayna artıq yenilənmiş Avropa qaz xəritəsinin bir hissəsinə çevrilib. Xüsusilə də Xəzər qazının enerji çatışmazlığı yaşayan Avropa regionlarına çatdırılmasına imkan verən Trans-Balkan marşrutu bu baxımdan mühüm əhəmiyyət daşıyır”, — deyə o qeyd edib. Şmıqal vurğulayıb ki, Ukrayna ümumi tutumu təxminən 30 milyard kubmetr olan və Avropanın ən böyük yeraltı qaz anbarlarına malikdir. Onun sözlərinə görə, bu infrastruktur regional mövsümi tampon funksiyasını yerinə yetirə, enerji təchizatında balanslaşdırıcı mexanizm rolunu oynaya və yeni enerji təchizatı arxitekturasının mühüm elementi ola bilər. Nazir əlavə edib ki, bu əməkdaşlıq nəticəsində Azərbaycan etibarlı enerji tədarükçüsü kimi nüfuzunu möhkəmləndirəcək, Ukrayna əsas tranzit və xidmət habı statusunu gücləndirəcək, Avropa isə alternativ və sabit enerji mənbələri əldə edəcək.

    davamı