ABŞ-da neft ehtiyatları ötən həftə 7,86 milyon barel azalıb
“GDP Media” xəbər verir ki, ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 7 milyon 864 min barel azalaraq aşağı düşüb. Bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında bildirilib.
Mayın 15-də başa çatan həftə ərzində benzin ehtiyatları 1 milyon 548 min barel azalıb, distillat ehtiyatları isə 372 min barel artıb.
Trading Economics məlumatına görə, analitiklər orta hesabla neft ehtiyatlarının 2,9 milyon barel, benzin ehtiyatlarının 2,1 milyon barel, kondensat ehtiyatlarının isə 1,1 milyon barel azalacağını proqnozlaşdırırdılar.


