Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu ilin aprel ayında Azərbaycanda orta gündəlik xam neft hasilatının 460 min barel təşkil etdiyini açıqlayıb.
GDP Media OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu rəqəm mart ayı ilə müqayisədə 3 min barel çoxdur. Belə ki, mart ayında sutkalıq neft hasilatı 457 min barel olub.
Hesabatda həmçinin qeyd edilib ki, ölkədə gündəlik ortalama neft hasilatı bu ilin birinci rübündə 454 min barel səviyyəsində qeydə alınıb. 2025-ci ildə isə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 461 min barel təşkil edib.


