Elxan Əzizov: “Sadəcə üzünü kameraya tanıtmaqla turniketlərdən keçmək mümkündür”

AzInTelecom-un İdarə Heyətinin sədri Elxan Əzizov bildirib ki, Azərbaycan Dəmir Yolları (ADY) ilə birlikdə ölkənin ictimai nəqliyyat sektorunda ilk dəfə olaraq SİMA Pay ilə ödəniş sisteminin rəsmi istifadəyə verilməsi təmin edilib.

GDP Media xəbər verir ki, bu gündən etibarən sərnişinlər heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan, sadəcə üzünü kameraya tanıtmaqla turniketlərdən sürətli şəkildə keçə biləcəklər. Yeni sistem biometrik identifikasiya əsasında çalışır və sərnişindaşımada rahatlığı maksimum dərəcədə artırır.

Elxan Əzizov layihənin ərsəyə gəlməsində əməyi olan AzInTelecom və ADY komandalarına dərin təşəkkürünü bildirib. O vurğulayıb ki, rəqəmsallaşmanın yaratdığı rahatlığı hər bir vətəndaşın gündəlik həyat tərzinə çevirmək şirkətin başlıca hədəflərindəndir.

Müəllif: Aynur Qəniyeva

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu