Beynəlxalq Enerji Agentliyi: “2026-cı ildə qlobal enerji investisiyaları 3,4 trilyon dollara çatacaq”

Beynəlxalq Enerji Agentliyi (BEA) hesab edir ki, Yaxın Şərqdə davam edən gərginlik fonunda 2026-cı ildə neft sənayesinə yatırımlar azalacaq və 500 milyard dollardan aşağı səviyyədə qalacaq.

GDP Media xəbər verir ki,bununla yanaşı, təbii qaz sektoruna investisiyaların artaraq 330 milyard dollara çatacağı gözlənilir. Bu göstərici son 10 ilin ən yüksək səviyyəsi hesab olunur.

Ekspertlərin proqnozlarına görə, kömür sənayesinə yönələn investisiyalar da artacaq və 2026-cı ildə 180 milyard dollara çataraq 2012-ci ildən bəri ən yüksək həddi görəcək.

BEA-nın qiymətləndirməsinə əsasən, ümumilikdə qlobal enerji investisiyalarının həcmi 2026-cı ildə 3,4 trilyon dollara yüksələcək. Bu məbləğin yalnız təxminən üçdə biri — 1,2 trilyon dolları neft, qaz və kömür sektorlarının payına düşəcək.

Qalan 2,2 trilyon dollar isə elektrik şəbəkələrinin inkişafı, enerji saxlama sistemləri, aşağı emissiyalı yanacaq növləri, atom energetikası, bərpa olunan enerji mənbələri, həmçinin enerji səmərəliliyinin artırılması və elektrikləşdirmə layihələrinə yönəldiləcək.

Analitiklər hesab edirlər ki, qlobal enerji bazarında baş verən dəyişikliklər ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji layihələrinə marağın da sürətlə artdığını göstərir.

  • Əlaqədar Yazılar

    SpaceX Google ilə aylıq 920 milyon dollarlıq bulud Sİ hesablama müqaviləsi imzalayıb
    • İyun 5, 2026

    SpaceX Google ilə aylıq 920 milyon ABŞ dolları dəyərində bulud Sİ hesablamaları üçün müqavilə imzalayıb. “GDP Media” xəbər verir ki, söhbət…

    Davamı oxu
    Strategy şirkətinin bitkoin üzrə reallaşdırılmamış zərəri rekord həddə – 12,7 milyard dollar
    • İyun 5, 2026

    Kriptovalyuta bazarındaki düşüş nəticəsində Strategy (keçmiş adı MicroStrategy) şirkətinin bitkoin investisiyası üzrə reallaşdırılmamış zərəri 12,7 milyard ABŞ dollarına çataraq rekord…

    Davamı oxu