Yaponiya Azərbaycan neftini idxal etməyə başlayıb – İqtisadçı şərh edir

Yaponiya ilk dəfə olaraq Azərbaycandan neft idxalına başlayıb. Bu addım Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazında risklərin yüksəlməsi fonunda atılıb.

GDP Media xəbər verir ki, İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, fevral ayına qədər Yaponiyanın idxal etdiyi neftin təxminən 95 faizi Yaxın Şərq ölkələrinin payına düşürdü. Lakin regionda geosiyasi risklər artdıqdan sonra Tokio rəsmiləri alternativ istiqamətlər axtarmağa başlayıb.Yaponiya əvvəlcə ABŞ neftinə, daha sonra Rusiyaya qarşı sanksiyaların yumşalmasından sonra “Saxalin-2” layihəsindən hasil olan neftə yönəlib. İndi isə bu siyahıya Azərbaycan da daxil olub.Maraqlı məqamlardan biri odur ki, Yaponiya hazırda 205 günlük neft ehtiyatına malikdir. Bunun 121 günü dövlət, 83 günü isə özəl sektor ehtiyatlarında saxlanılır.Təxminən on gün əvvəl Yaponiyanın Baş naziri Sanae Takaiti enerji böhranı fonunda maraqlı mesaj vermişdi. Bir çox ölkələr qənaətə çağırış edərkən, o, iqtisadi həyatın zəifləməməli olduğunu vurğulamış və hökumətin yeni çıxış yolları tapmalı olduğunu bildirmişdi.Eldəniz Əmirov hesab edir ki, bu gün həmin yanaşmanın nəticəsi görünür: “Azad iqtisadi sistem üçün bu, təbiidir. Çünki azad bazarlar neftin haradan çıxmasına yox, kimin etibarlı tərəfdaş olmasına baxır. Hazırda Azərbaycan məhz bu etimad qazanmış ölkələr sırasında mövqe tutur.”İqtisadçının fikrincə, bu addım gələcəkdə Azərbaycanın Şərqi Asiyada enerji tərəfdaşı kimi mövqeyini gücləndirə, yeni investisiya əlaqələri, uzunmüddətli tədarük müqavilələri və logistika əməkdaşlığı üçün əlavə imkanlar aça bilər.

Əlaqədar Yazılar

Azərbaycan Mərkəzi Bankı 24 iyunda faiz qərarı verəcək: Gözləntilər necədir?
  • İyun 23, 2026

24 iyun 2026-cı il tarixində Mərkəzi Bankın uçot dərəcəsi qərarı: stabillik gözləntiləriAzərbaycan Mərkəzi Bankı iyunun 24-də uçot dərəcəsi və faiz…

Davamı oxu
JPMorgan Chase-in baş direktoru Ceymi Daimon:”Biz buğa bazarındayıq, bu kiçik sunami kimidir”
  • İyun 22, 2026

JPMorgan Chase-in baş direktoru Ceymi Daimon hazırkı bazar vəziyyətini “buğa bazarı” kimi qiymətləndirərək onu “kiçik sunami”yə bənzədib. “GDP Media” xəbər…

Davamı oxu