İlkin Zeynallı Bolt-un Azərbaycan üzrə Baş meneceri təyin edilib

Bolt şirkəti İlkin Zeynallının Azərbaycan üzrə Baş meneceri vəzifəsinə təyin olunduğunu elan edib.

GDP xəbər verir ki, yeni təyinat şirkətin ölkədə növbəti inkişaf mərhələsini, innovasiya istiqamətlərini və yerli mobillik ekosisteminin gücləndirilməsini dəstəkləməyə yönəlib.

Şirkətdən bildirilib ki, İlkin Zeynallı beynəlxalq şirkətlərdə satış, kommersiya əməliyyatları və strateji idarəetmə sahələrində uzunillik təcrübəyə malikdir. O, peşəkar fəaliyyətinə P&G şirkətində başlayıb, Azərbaycan, Qafqaz və Mərkəzi Asiya bazarları üzrə regional və beynəlxalq vəzifələrdə çalışıb. Daha sonra Türkiyədə regional ofisdə Kommersiya Əməliyyatları üzrə Baş Menecer vəzifəsində fəaliyyət göstərib, komanda olaraq rekord nəticələr əldə edib və fərdi qaydada 2 dəfə qlobal CEO mükafatına layiq görülüb.Bolt-a qoşulmazdan əvvəl İlkin Zeynallı Samsung Electronics şirkətində satış və kommersiya istiqamətlərinə rəhbərlik edib.

Yeni vəzifəsində o, Bolt-un Azərbaycandakı fəaliyyətinin inkişafı, istifadəçi təcrübəsinin gücləndirilməsi, təhlükəsizlik və xidmət keyfiyyətinin artırılması, eləcə də yerli bazarın ehtiyaclarına uyğun innovativ həllərin tətbiqi istiqamətində çalışacaq. Şirkət həmçinin sürücü tərəfdaşları və istifadəçilər üçün daha dayanıqlı effektiv mobillik ekosistemi formalaşdırmağı hədəfləyir.

İlkin Zeynallı bildirib: “Azərbaycan sürətlə inkişaf edən bazardır. Beynəlxalq təhsil və təcrübənin əsas üstünlüklərindən biri qlobal yanaşmaları lokallaşdıraraq ölkəyə dəyər qatmaq imkanıdır. Düşünürəm ki, innovasiya və texnologiyalar insanların gündəlik həyatını daha rahat və əlçatan etmək baxımından ölkəmizdə mühüm rol oynayacaq.”

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu